
.jpg)
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Sevinc Məhərrəmova 20–21 noyabr 2025-ci il tarixlərində keçirilən “Əczaçılığın müasir problemləri” mövzusunda VI Beynəlxalq Elmi Konqresdə məruzəçi qismində iştirak edib.
Tədbirdə dosent Məhərrəmova “Yerli əczaçılıq bazarında homeopatik dərman vasitələrinin təhlili” mövzusunda elmi çıxış təqdim edib.
Araşdırmanın əsas məqsədi 2019–2024-cü illər ərzində Azərbaycanda homeopatik dərman vasitələri bazarının dinamikasını və inkişaf xüsusiyyətlərini müəyyənləşdirmək olub.
Tədqiqat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tarif Şurası və Bioloji Təbabət Klinikasının 2019–2024-cü illərdə homeopatik dərman vasitələrinin daxilolma həcmləri ilə bağlı rəsmi məlumatlarından istifadə edilib.
