

Azərbaycan Tibb Universitetinin (ATU) Təcili tibb kafedrası və ATU THİK-in VOIS (Xarici Tələbələrin Səsi) tələbə klubunun birgə təşkilatçılığı ilə Təməl Həyat Dəstəyi (BLS) üzrə nəzəri və praktiki hissələri əhatə edən təlim həyata keçirilib.
Təlim ATU-nun Tədris Cərrahiyyə Klinikasında keçirilib və I, II və III kursda təhsil alan xarici tələbələr üçün nəzərdə tutulub. İştirakçılara ilkin olaraq nəzəri biliklər təqdim edilib, daha sonra isə maket və mulyajlar üzərində praktiki bacarıqların tətbiqi öyrədilib. Bu proses tələbələrin tibbi hazırlıq səviyyəsinin möhkəmləndirilməsinə xidmət edib.
Təlim Təcili tibb kafedrasının müəllimləri dosent Şəhla Qasımova, assistent Günel Sadıqova, assistent Fəxriyyə Quliyeva və assistent Günel Həsənovanın iştirakı ilə həyata keçirilib.
Proqramı uğurla tamamlayan tələbələr sertifikatla təltif olunublar.
