Bizi izləyin:
Heydər Əliyev
Əməkdaşımız Özbəkistanda keçirilən beynəlxalq konqresdə iştirak edib

Əməkdaşımız Özbəkistanda keçirilən beynəlxalq konqresdə iştirak edib

Uşaq cərrahiyyəsi kafedrasının assistenti Namiq Xəlilov Özbəkistanın Daşkənd şəhərində keçirilən XI Beynəlxalq Konqresdə moderator və məruzəçi qismində iştirak edib

Konqresdə Özbəkistan və Azərbaycanla yanaşı, Rusiya, Belarus, Ukrayna, Serbiya, Koreya, İspaniya, Şotlandiya, Türkiyə, ABŞ, Fransa, Çin, İsrail, Almaniya, Gürcüstan, İtaliya, Belçika və digər ölkələrdən 150-dən çox aparıcı alim, klinisist, ekspert və təqdimatçı iştirak edib. Ümumilikdə mindən artıq mütəxəssis - mama-ginekoloq, reproduktoloq, pediatr-neonatoloq, anestezioloq-reanimatoloq, kardioloq, endokrinoloq, embrioloq, immunoloqlar, uşaq cərrahları, genetiklər, səhiyyə təşkilatçıları, həmçinin tibb bacıları tədbirdə yer alıb. Konqresin proqramına pre-konqres tədbirləri, gənc mütəxəssislərin müsabiqəsi, 4 master-klas, 12 elmi sessiya, 2 plenar iclas, 4 poster sessiyası və 2 panel müzakirəsi daxil olub.

Tədbirdə pediatriya, mamalıq və ginekologiyada fövqəladə hallar, sepsis, antenatal, perinatal və pediatrik yardım, ginekoloji xəstəliklərin cərrahi müalicə texnologiyaları, sonsuzluq və köməkçi reproduktiv texnologiyalar, cütlərin reproduktiv sağlamlığı, irsi xəstəliklər, reproduktiv orqanların onkoloji xəstəlikləri, uşaqlıq boynu və uşaqlıq yolu xəstəlikləri, cinsi yolla keçən xəstəliklər, estetik ginekologiya və digər aktual mövzuların müasir diaqnostikası, müalicəsi və profilaktikası geniş müzakirə olunub. 

Konqresin “Müasir mərhələdə perinatal və pediatrik yardım” mövzusuna həsr olunmuş sessiyasına Namiq Xəlilov moderatorluq edib. O, “Uşaqlarda oma-büzdüm nahiyəsi anomal törəmələrinin diaqnostikası və cərrahi müalicəsi” mövzusunda məruzə ilə çıxış edərək, bu sahə üzrə mühüm məlumatları və praktik təcrübəsini iştirakçılarla bölüşüb. Sessiyada tibbin müvafiq sahələrində tətbiq olunan müasir yanaşmalar və innovativ texnologiyaların istifadəsi barədə geniş fikir mübadiləsi aparılıb.

Paylaş

Dostlarınız ilə paylaşın.