Bizi izləyin:
Heydər Əliyev
ATU-da “Max Group” Təhsil Mərkəzinin nümayəndələri ilə görüş keçirilib

ATU-da “Max Group” Təhsil Mərkəzinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetində tələbələr üçün təşkil olunan silsilə maarifləndirici tədbirlər çərçivəsində “Max Group” Təhsil Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.

Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov qonaqları qarşılayaraq universitetdə son dövrlərdə həyata keçirilən yeniliklər, tələbələrin maraq dairəsinə uyğun yaradılan imkanlar, eləcə də ATU nəzdində tələbələrin təşəbbüsü ilə formalaşan müxtəlif klublar barədə geniş məlumat verib. O, tələbələrin həm akademik, həm də şəxsi inkişafını dəstəkləyən layihələrin əhəmiyyətini vurğulayıb.

“Max Group” Təhsil Mərkəzinin koordinatoru Həvva Qələndərova çıxışı zamanı mərkəzin fəaliyyət istiqamətləri, tələbələr üçün təqdim olunan təhsil proqramları və əməkdaşlıq imkanları barədə danışıb. O, bu cür görüşlərin tələbələrin gələcək karyera planlamasında mühüm rol oynadığını bildirib.

Görüş çərçivəsində tələbələr arasında anket sorğusu keçirilib, onlar üçün aktual olan mövzular ətrafında müzakirələr aparılıb və suallar interaktiv şəkildə cavablandırılıb. Tədbirin sonunda “Max Group” Təhsil Mərkəzi tərəfindən tələbələrə müxtəlif hədiyyələr təqdim olunub.

--

Paylaş

Dostlarınız ilə paylaşın.