

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəylinin rəhbərliyi ilə universitetin rəhbər heyəti Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anım günü münasibətilə Fəxri Xiyabanı ziyarət edib.
Ziyarət zamanı Ulu Öndərin məzarı önünə əklil qoyulub, xatirəsinə dərin ehtiram ifadə olunub. ATU nümayəndələri Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, təhsil və səhiyyə sahələrinin inkişafı yolunda əvəzsiz xidmətlərini minnətdarlıqla yad ediblər.
Tədbir çərçivəsində Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
ATU rəhbərliyi həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını da ziyarət edərək onların xatirələrini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
