

Bu günlərdə Özbəkistan Respublikasının Səmərqənd şəhərində Səmərqənd Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə “Səmərqənd – 2020” VI Beynəlxalq Tibb Universitetləri Tələbələrinin Olimpiadası keçirilib.
Olimpiadanın əsas məqsədi tibbin müxtəlif sahələri və fundamental elmlər üzrə tələbələrin biliklərinin artırılması, elmi və yaradıcı potensialının inkişaf etdirilməsi olub. Genişmiqyaslı beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Çin, Cənubi Koreya, Rusiya, Belarus, Tacikistan və digər ölkələr daxil olmaqla 30 ölkədən 60 ali tibb təhsil müəssisəsini təmsil edən, 41 fənn üzrə 1000-dən artıq tələbə iştirak edib.
Beynəlxalq olimpiadada Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının dosenti Şəhla Məlikova nevrologiya sahəsi üzrə münsiflər heyətinin üzvü kimi təmsil olunub.
Səfər çərçivəsində Şəhla Məlikova tərəfindən Səmərqənd Dövlət Tibb Universitetinin bazasında akademik mobillik proqramı çərçivəsində “Nevrologiya” ixtisası üzrə tələbələr üçün praktik məşğələlər və mühazirələr də keçirilib.
