
Dekabrın 18-də Hərbi Tibb Fakültəsinin elmi şurasının ilin yekunlarına həsr edilmiş iclası keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bundan sonra elmi şuranın sədri, fakültənin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev iclası açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İlk növbədə elmi şuranın katibi, tibb xidməti polkovnik-leytenantı, Milli təhlükəsizlik və hərb elmi üzrə fəlsəfə doktoru Saleh Əhmədovun fakültə Tələbə Elmi Cəmiyyətinin 2025-ci ilin yekun elmi fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib və məruzə qənaətbəxş qiymətləndirilib.
Daha sonra Hərbi terapiya kafedrasının rəisi, tibb xidməti polkovniki Abbas Quliyev, Tibbi profilaktika kafedrasının rəisi, tibb xidməti polkovniki Şahin Süleymanov, Hərbi cərrahiyyə kafedrasının rəisi, tibb xidməti polkovnik-leytenantı Şahin Əliyev və Tibb xidmətinin təşkili və taktikası kafedrasının rəisi, tibb xidməti polkovniki Adil Hüseynov rəhbərlik etdikləri kafedraların cari ildə elmi fəaliyyəti haqqında məruzə ilə çıxış ediblər.
Sonda növbəti il üçün elmi fəaliyyət planı barədə müzakirələr aparılıb və fakültənin rəisi elmi şura üzvlərinə uğurlar diləyərək, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə təbrik edib.