Bizi izləyin:
Heydər Əliyev
Səhiyyədə rəqəmsal transformasiya mövzusunda elmi-praktik konfrans keçirilib

Səhiyyədə rəqəmsal transformasiya mövzusunda elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyədə Rəqəmsal Transformasiya və İnnovasiyalar – 2026” adlı elmi-praktik konfrans təşkil olunub.

Konfransın əsas məqsədi səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın artırılması və müasir texnologiyaların səhiyyə sisteminə inteqrasiyasının təşviqi olub. Tədbir çərçivəsində informasiya texnologiyalarının səhiyyədə tətbiqi, müasir tibbi texnologiyalar, klinik simulyasiya proqramları, mobil səhiyyə tətbiqləri, elektron resept sistemi və süni intellektin tibbdə rolu kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.

Elmi-praktik konfransda Azərbaycan Tibb Universitetini (ATU) İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının “Menecment” (səhiyyə sahəsi üzrə) ixtisasında təhsil alan II kurs magistrantları təmsil edərək, fəal iştirak ediblər. Belə ki, Mahmud Yusifov, Nəriman Mirisov, Heydər Bəxtiyar və Emil Sklyar tədbirdə müasir səhiyyə yanaşmaları ilə yaxından tanış olublar.

Qeyd olunub ki, bu cür konfranslar magistrantların elmi dünyagörüşünün formalaşmasına, səhiyyədə innovativ həllərin mənimsənilməsinə və gələcək peşə fəaliyyətlərinə mühüm töhfə verir.

Paylaş

Dostlarınız ilə paylaşın.