Bizi izləyin:
Heydər Əliyev
ATU TEC Şurasının yeni tərkibdə ilk iclası keçirilib

ATU TEC Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) Şurasının yeni seçilmiş üzvləri ilə ilk iclası baş tutub. İclasda Şuranın 41 üzvündən 38-i iştirak edib.

İclasın gündəliyində əsas məsələlərdən biri TEC Şurasının sədri və sədr müavinlərinin seçkisi olub. Sədr vəzifəsi uğrunda Röyal Kazımov, Zeynəb Əlizadə və Nigar Babayeva namizədliyini irəli sürüb, hər biri öz seçki platformasını iştirakçılara təqdim edib.

Şəffaflıq, obyektivlik və bərabər imkanlar prinsipləri əsasında təşkil olunan gizli səsvermənin nəticələrinə görə səslərin əksəriyyətini toplayan Nigar Babayeva ATU TEC-in sədri seçilib. Konfrans iştirakçıları bu qərarı TEC-in gələcək fəaliyyətinin daha da gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndiriblər.

Seçkinin növbəti mərhələsində açıq səsvermə yolu ilə TEC Şurasının altı sədr müavini müəyyənləşdirilib. Belə ki, Röyal Kazımov fakültələrlə iş və təhsilalanların məlumatlandırılması üzrə birinci sədr müavini, Ali Ghorbaniazar universitetlərarası əlaqələr üzrə ikinci sədr müavini, xarici təhsilalanlarla iş üzrə Turhan Selçuk üçüncü sədr müavini, konfrans və digər tədbirlərin təşkili üzrə Shayan Hashempour dördüncü sədr müavini, informasiya texnologiyaları və texniki işlər üzrə Fatimə Cəfərova beşinci sədr müavini, insan resursları və kargüzarlıq üzrə isə Aybəniz Həşimova altıncı sədr müavini seçilib.

Yeni seçilmiş sədr və sədr müavinlərinə ATU TEC çərçivəsində həyata keçirəcəkləri fəaliyyətlərdə uğurlar arzulanıb.

Paylaş

Dostlarınız ilə paylaşın.