Bizi izləyin:
Heydər Əliyev
Əməkdaşımız yubiley medalı ilə təltif olunub

Əməkdaşımız yubiley medalı ilə təltif olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı öz sahiblərinə təqdim edilir.

Təltif olunanlar arasında Azərbaycan Tibb Universitetinin “Təbib” qəzetinin baş redaktoru, tanınmış jurnalist Məğrur Əliyev (Əli Polad) də var. Qeyd edək ki, əməkdaşımız həm də Vətən müharibəsi iştirakçısıdır və döyüşlərdəki şəxsi şücaətinə görə, Ali Baş Komandanın sərəncamları ilə bir sıra medallarla təltif olunub.

Bu gün Mətbuat Şurasının sədri Rəşad Məcid “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalını M.Əliyevə təqdim edib.

 

Paylaş

Dostlarınız ilə paylaşın.