Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Rezidentura və magistratura şöbəsi elmi fəallığı ilə seçilən gəncləri təbrik edib

ATU-nun Rezidentura və magistratura şöbəsi elmi fəallığı ilə seçilən gəncləri təbrik edib

31 dekabr — Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) Rezidentura və magistratura şöbəsi tərəfindən elmi-tədqiqat fəaliyyəti ilə fəal məşğul olan rezident həkimlər üçün tədbir təşkil olunub.

Tədbirdə çıxış edən ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva rezidentləri əldə etdikləri uğurlar münasibətilə təbrik edərək, onların elmi potensialının və peşəkar inkişafının ölkə səhiyyəsi üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Dosent İlhamə Mustafayeva gənc həkimlərin beynəlxalq elmi mühitə inteqrasiyasını, müasir tibb elminin yeniliklərinə açıq olmalarını və elmi-tədqiqat fəaliyyətində fəallıq göstərmələrini yüksək qiymətləndirərək, gələcək fəaliyyətlərində onlara yeni nailiyyətlər və davamlı uğurlar arzulayıb.

Tədbir çərçivəsində yüksək impakt faktorlu beynəlxalq jurnallarda elmi nəticələri dərc olunan, müxtəlif yerli və beynəlxalq elmi konfrans və tədbirlərdə iştirak edən, eləcə də Çin, Almaniya, Türkiyə və yerli bazalarda keçirilən rotasiyalar zamanı yüksək nəticələr göstərən 156 rezident həkimə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, təltif olunan rezidentlər müxtəlif klinik və tədris bazalarında təhsil alır, əldə etdikləri bilik və təcrübə ilə Azərbaycan tibb elminin və səhiyyə sisteminin inkişafına mühüm töhfələr verirlər.

 

Paylaş

Dostlarınız ilə paylaşın.