Azərbaycan Tibb Universiteti mütəmadi olaraq xarici ölkələrin mütəxəssislərinin iştirakı ilə müxtəlif xəstəliklərə dair elmi konfranslar təşkil edir. Belə tədbirlərdə dünyanın aparıcı həkimləri tərəfindən məruzələr səsləndirilir, mövzu üzrə maraqlı müzakirələr aparılır.
Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında bu qəbildən növbəti tədbir keçirildi. Ağciyər patologiyasına həsr olunmuş konfransda Fatih Universiteti Tibb Fakültəsi Xəstəxanasının mütəxəssisləri iştirak ediblər.
Konfransın açılışında çıxış edən Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Nuru Bayramov bu tip tədbirlərin təşkilinin artıq ənənə halını aldığını bildirdi. Professor qeyd etdi ki, ötən ay ərzində 10 mövzuda müxtəlif xarakterli konfranslar keçirilib. Qarşıdakı müddətdə isə daha yeni vəfərqli mövzularda yerli və xarici ekspertlərin iştirakı ilə elmi konfranslar təşkil olunacaq.
N.Bayramov bu tədbirlərin təşkilində əsas məqsədin təcrübə mübadiləsini genişləndirmək, universitet klinikası kimi xarici əlaqələri daha da gücləndirməkdən ibarətdir: Hədəfimiz Dünyanın aparıcı klinikası səviyyəsinə çatmaqdır. Bu məqsədlə xarici əlaqələrimizdən faydalanırıq. Qarşılıqlı münasibətləri həm elmi, həm praktik, həm də tədris şəkində formalaşdırmaq və daha da möhkəmləndirmək niyyətindəyik”.
Daha sonra tədbir Azərbaycanın – cərrahiyyə üzrə bir nömrəli mütəxəssis Çərkəz Cəfərovun moderatorluğu ilə davam etdirildi.
Fatih Universiteti Tibb Fakültəsinin dekanı Təkmilləşdirilmiş texnikalar və ağciyər xərçəngi, professor Müzəffər Metin – ağciyər xərçəngi cərrahiyyəsi, Fatih Universiteti tibb fakültəsinin dekanı Levent Kart EBUS – endobronxit Uzman dr.Gersi Alisha – sorkoidor və yeni müalicə üsulları 3 mövzuda təqdimatlar keçiriləcək. Daha sonra müzakirələr aparıldı. İştirakçılara sertifikatlar verildi.
Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dos. Rəhimə Qabulova, TCK-nın direktoru, professor Nuru Bayramov və Fatih Universiteti Tibb Fakültəsinin dekanı Levent Kart universietlər arasında döş qəfəsi cərrahiyyəsi və reanimasiya sahəsində gələcək əməkdaşlğın istqamətləri müzakirə olunub. Tələbə, rezident mübadiləsi, birgə elmi-təcrübi fəaliyyət üzrə ikitərəfli protokolun hazırlanması üçün razılıq əldə olunub.