Bizi izləyin:
Heydər Əliyev
İctimai səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə olunub

İctimai səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında ictimai səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın perspektivlərinə həsr olunmuş görüş keçirilib.

Görüşdə Amerika Birləşmiş Ştatlarının Nevada Universitetinin İctimai Səhiyyə Məktəbinin dekanı, professor Müge Akpınar, ÜST-nin Səhiyyə siyasəti üzrə məsləhətçisi İbrahim Durak, İctimai səhiyyə fakültəsinin dekanı dosent Qalina Qəniyeva, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, t.e.d., dosent Yaqut Hacıyeva, kafedranın dosenti, İctimai səhiyyə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Fərəh Baxışlı və kafedranın digər əməkdaşları iştirak ediblər.

Görüş zamanı ictimai səhiyyə sahəsində əməkdaşlıq imkanları, müasir ictimai sağlamlıq problemləri, elmi tədqiqatlara müasir yanaşmalar və tədris proqramlarının müqayisəli müzakirəsi aparılıb. Eyni zamanda səhiyyə sistemində təhsil və idarəetmənin rolu diqqət mərkəzində olub.

Tədbirdə akademik təcrübə mübadiləsinin genişləndirilməsi, bakalavr və magistr tələbələrinin tədqiqat bacarıqlarının inkişafı, eləcə də ictimai səhiyyə mütəxəssislərinin hazırlanmasında innovativ və fənlərarası yanaşmaların tətbiqi imkanları vurğulanıb.

Görüşün sonunda tərəflər elmi tədqiqat və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Paylaş

Dostlarınız ilə paylaşın.