Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Tədris Cərrahiyyə Klinikasında mürəkkəb cərrahi əməliyyat icra olunub

ATU-nun Tədris Cərrahiyyə Klinikasında mürəkkəb cərrahi əməliyyat icra olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında qulaq dibi tüpürcək vəzində rast gəlinən xoşxassəli şişlərin cərrahi müalicəsi üzrə mürəkkəb əməliyyat həyata keçirilib

Əməliyyat ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi ilə icra olunub. Bildirilib ki, bu əməliyyat 5-ci kurs tələbələrinin tədris proqramına daxildir və təhsil məqsədilə əməliyyatda tələbələrin iştirakı da təmin edilib.

Professor Çingiz Rəhimovun sözlərinə görə, əməliyyat kifayət qədər mürəkkəbdir və şişin çıxarılması zamanı üz sinirinin şaxələrinin qorunması xüsusi diqqət tələb edir. Bu cür müdaxilələrin aparılması üçün xüsusi tibbi avadanlıqların mövcudluğu vacibdir.

Qeyd olunub ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının müasir maddi-texniki bazası mürəkkəb cərrahi əməliyyatların uğurla icra olunmasına imkan yaradır. Bu da həm xəstələrin müalicəsində, həm də tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır.

Paylaş

Dostlarınız ilə paylaşın.