Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Radiologiya kafedrasında ingilis dilli təcrübə dərslərinə start verilib

ATU-nun Radiologiya kafedrasında ingilis dilli təcrübə dərslərinə start verilib

Azərbaycan Tibb Universitetinin (ATU) Radiologiya kafedrasında ingilis dilində dərs aparan müəllimlər üçün təcrübə dərslərinə başlanılıb. Bu təşəbbüs tədris prosesində beynəlxalq standartlara uyğunlaşmanın gücləndirilməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Təcrübə dərslərinin əsas məqsədi müəllimlərin ingilis dilində akademik və peşəkar ünsiyyət bacarıqlarının inkişaf etdirilməsidir. Dərslər zamanı müasir radioloji terminologiyanın düzgün və məqsədyönlü istifadəsinə xüsusi diqqət yetirilir.

Proqram çərçivəsində interaktiv tədris metodlarından və klinik nümunələrdən geniş istifadə olunur ki, bu da tələbələrin fənni daha dərindən və praktik şəkildə mənimsəməsinə şərait yaradır. Eyni zamanda müəllimlərin pedaqoji və metodiki bacarıqlarının təkmilləşdirilməsi layihənin əsas prioritetləri sırasında yer alır.

Keçirilən təcrübə dərsləri bilik və təcrübə mübadiləsi üçün əlverişli akademik mühit formalaşdırmaqla yanaşı, radiologiya sahəsində təhsilin keyfiyyətinin artırılmasına mühüm töhfə verir. Gözlənilir ki, bu proses gələcəkdə beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə də zəmin yaradacaq.

Paylaş

Dostlarınız ilə paylaşın.