Bizi izləyin:
Heydər Əliyev
Şəhid baş leytenant Cavidan Bədəlovun xatirəsi yad edilib

Şəhid baş leytenant Cavidan Bədəlovun xatirəsi yad edilib

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur

Bu gün İsmayıllı rayonunda keçirilən anım tədbiri antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuş baş leytenant Cavidan Zaur oğlu Bədəlovun xatirəsinə həsr olunub.

​Tədbirdə Hərbi Tibb Fakültəsinin rəhbər heyəti, yerli icra strukturlarının nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

​Anım mərasimində çıxış edən Hərbi Tibb Fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edərək, onların göstərdiyi şücaətin gənc nəsil üçün örnək olduğunu vurğulayıb. Polkovnik çıxışında bir sıra mühüm məqamları diqqətə çatdırıb:

​ “Şəhidlərimiz xalqımızın qürur mənbəyidir, baş tacıdır. Bu gün biz azad və suveren bir ölkədə yaşayırıqsa, buna görə Cavidan kimi qəhrəman oğullarımıza borcluyuq. Onların əziz xatirəsini yaşatmaq, ailələrinə dayaq olmaq hər birimizin həm vətəndaşlıq borcu, həm də mənəvi məsuliyyətdir. Şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillər üçün əbədi örnək olaraq qalacaq”.

Paylaş

Dostlarınız ilə paylaşın.