Bizi izləyin:
Heydər Əliyev
ATU tələbəsinin məqaləsi beynəlxalq indeksli elmi jurnalda dərc olunub

ATU tələbəsinin məqaləsi beynəlxalq indeksli elmi jurnalda dərc olunub

Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsinin məqaləsi  beynəlxalq indeksli elmi jurnalda dərc edilib

 Universitetin Müalicə işi fakültəsinin V kurs tələbəsi Səma Nəsibli və onun elmi rəhbərləri Tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti Ramin Bayramlı, həmçinin İNCİ Laboratoriyalarının mikrobiologiya üzrə mütəxəssisi, PhD Ruqiyyə Səmədzadənin həmmüəllifi olduqları “Evaluation of Rotavirus and Adenovirus Prevalence in Children Diagnosed with Acute Gastroenteritis in Baku Using Laboratory Parameters” adlı elmi məqalə Türkiyənin nüfuzlu elmi nəşrlərindən biri olan Journal of Pediatric Infection jurnalında dərc olunub.

Qeyd edək ki, Journal of Pediatric Infection jurnalı Scopus, Web of Science (WoS), Emerging Sources Citation Index (ESCI), CINAHL, Türkiye Atıf Dizini və TÜBİTAK/ULAKBİM Türk Tıp Dizini kimi beynəlxalq və milli elmi bazalarda indekslənir və Q4 kateqoriyasına daxildir (Impact Factor: 0.2).

Məqalədə ilk dəfə olaraq Azərbaycanın pediatrik populyasiyasında rotavirus və adenovirus mənşəli kəskin qastroenteritlərin prevalansı geniş şəkildə araşdırılıb, demoqrafik göstəricilər təqdim edilib, eyni zamanda viral qastroenterit törədicilərinin digər laborator parametrlərlə əlaqəsi təhlil olunaraq beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırılıb.

Tələbə Səma Nəsibli bu elmi işin əsas müddəalarını Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransında da təqdim edib.

Paylaş

Dostlarınız ilə paylaşın.