Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Təcili Tibb kafedrasında OSKİ imtahanının yeni formatı müzakirə edildi

ATU-nun Təcili Tibb kafedrasında OSKİ imtahanının yeni formatı müzakirə edildi

Azərbaycan Tibb Universitetinin (ATU) Təcili tibb kafedrasında Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanın (OSKİ) yeni formatının tətbiqi ilə əlaqədar simulyasion pasiyent modelini icra edən tələbələrlə müzakirə görüşü keçirilib.

Tədbirdə kafedra müdiri, dosent Nadir Zeynalov, kafedranın əməkdaşları, həmçinin ATU-nun Tələbə Həmkarlar İttifaqı nəzdində fəaliyyət göstərən Həyat Teatr Klubunun üzvləri iştirak ediblər.

Görüş zamanı kafedra müdiri dosent Nadir Zeynalov tələbələrlə yaxından tanış olub, onların gələcək planları ilə maraqlanıb. Eyni zamanda Təcili tibb kafedrasında keçirilən OSKİ imtahanlarının təşkili, imtahan prosesində keyfiyyətin daha da artırılması və mövcud uyğunsuzluqların aradan qaldırılması istiqamətində tələbələrin fikir və təklifləri dinlənilib. Qeyd olunub ki, səsləndirilən bütün təkliflər qeydə alınıb və gələcək fəaliyyətlərdə nəzərə alınacaq.

Sonda Həyat Teatr Klubunun 10 tələbəsi Təcili tibb kafedrasında II Müalicə-profilaktika fakültəsinin VI kurs tələbələri üçün OSKİ imtahanının yeni formatda təşkilində fəal iştirak etdiklərinə görə kafedra tərəfindən təşəkkürnamə və hədiyyələrlə təltif olunublar.

 
Paylaş

Dostlarınız ilə paylaşın.