Bizi izləyin:
Heydər Əliyev
ATU Tədris-Cərrahiyyə Klinikasında fistulektomiya mövzusunda seminar keçirilib

ATU Tədris-Cərrahiyyə Klinikasında fistulektomiya mövzusunda seminar keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında I Cərrahi xəstəliklər kafedrasının təşkilatçılığı və Rezidentura və magistratura şöbəsinin dəstəyi ilə professor Eldar Əliyevin təqdimatında “Mən fistulektomiyanı necə edirəm” mövzusunda seminar keçirilib.

Qeyd edək ki, seminar AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun rəhbərliyi altında həyata keçirilən layihə çərçivəsində təşkil olunub. Tədbirin açılışında seminarın təşkilatçısı, I Cərrahi xəstəliklər kafedrasının rezidentlər üzrə məsul şəxsi, tibb elmləri doktoru, assistent Elman Əzimov çıxış edərək, təlimlərin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib.

Seminarın moderatoru, Rezidentura və magistratura şöbəsinin müdir müavini Namiq Xəlilov mövzunun aktual olduğunu vurğulayaraq bu tip elmi-praktik tədbirlərin rezident və gənc mütəxəssislər üçün vacibliyini qeyd edib.

Daha sonra professor Eldar Əliyev konkret klinik hallar əsasında fistulektomiya əməliyyatının icra texnikasını iştirakçılara izah edib. Tədbirdə həmçinin I Mamalıq-ginekologiya kafedrasının professoru Səadət Sultanova çıxış edərək bu cür seminar və vebinarların mama-ginekoloqlar üçün də əhəmiyyətindən danışıb.

Seminarın sonunda professor Eldar Əliyev tərəfindən iştirakçıların ünvanladığı suallar cavablandırılıb.

Paylaş

Dostlarınız ilə paylaşın.