Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Xarici dillər kafedrasında beynəlxalq akademik mobillik seminarı keçirilib

ATU-nun Xarici dillər kafedrasında beynəlxalq akademik mobillik seminarı keçirilib

Akademik mobillik proqramı çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) Xarici dillər kafedrasına Qazaxıstanın Semey Tibb Universitetindən qonaqlar gəlib

ATU-nun Xarici dillər kafedrasının müdiri, professor Zemfira Məmmədova seminar çərçivəsində ATU haqqında ətraflı məlumat verib. O bildirib ki, universitet ölkə daxilində və beynəlxalq səviyyədə tanınmış ali təhsil müəssisəsidir, müasir tədris metodlarını tətbiq edir və ali təhsilin keyfiyyətinə dair müvafiq akreditasiyadan uğurla keçib. Kafedra müdiri Z.Məmmədova həmçinin akademik mobillik proqramlarının müəllim və tələbələrin dünyagörüşünü genişləndirdiyini, beynəlxalq əməkdaşlığın təhsil mühitinin zənginləşdirilməsində mühüm rol oynadığını vurğulayıb. O, belə görüşlərin gələcəkdə daha genişmiqyaslı layihələrin əsasını qoyacağına da ümidvar olduğunu qeyd edib.

Seminar çərçivəsində Qazaxıstanın Semey Tibb Universitetinin müəllimləri Kadirzisova Şınar Bolatbekovna və Kakimova Zülfiya Amanbekovna akademik mobillik və tədris sahəsində fikir mübadiləsi aparıblar.

Səfər zamanı akademik mobillik proqramlarının əhəmiyyəti, ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, eləcə də müəllim və tələbə mübadiləsinin genişləndirilməsi imkanları müzakirə olunub. Qonaqlar öz universitetlərində tətbiq olunan müasir tədris metodları və akademik mobillik sahəsində əldə olunan təcrübə barədə məlumat veriblər.

Görüş zamanı gələcəkdə birgə seminarların, təlimlərin və elmi əməkdaşlıq layihələrinin həyata keçirilməsi perspektivləri də diqqət mərkəzində olub.

Paylaş

Dostlarınız ilə paylaşın.