Bizi izləyin:
Heydər Əliyev
Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasında yeni metodik tövsiyələr nəşr olunub

Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasında yeni metodik tövsiyələr nəşr olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrası tərəfindən tibb və səhiyyə təhsili sahəsində qiymətləndirmə proseslərinin təkmilləşdirilməsinə yönəlmiş iki mühüm metodik tövsiyə hazırlanaraq nəşr edilib.

“OSKİ/OSPİ: Bacarıqların qiymətləndirilməsi metodları və standartları” adlı metodik vəsaitdə klinik və praktik bacarıqların obyektiv strukturlaşdırılmış klinik və praktik imtahanlar vasitəsilə qiymətləndirilməsinin əsas prinsipləri ətraflı şəkildə izah olunur. Nəşrdə imtahan stansiyalarının təşkili, qiymətləndirmə meyarları, eləcə də beynəlxalq standartlara uyğun tətbiq mexanizmləri geniş şəkildə təqdim edilib.

“Alternativ qiymətləndirmə metodları” adlı metodik tövsiyədə isə mini-klinik qiymətləndirmələr, formativ qiymətləndirmə üsulları, bacarıq əsaslı yanaşmalar və müasir təhsil modellərində istifadə olunan alternativ dəyərləndirmə alətləri əhatəli şəkildə şərh olunur.

Hər iki metodik tövsiyə tibb və səhiyyə təhsili sahəsində fəaliyyət göstərən müəllimlər, kafedra əməkdaşları, eləcə də tədris və qiymətləndirmə prosesində iştirak edən mütəxəssislər üçün nəzərdə tutulub və onların praktik fəaliyyətində metodoloji dəstək rolunu oynayacaq.

Hazırda universitetin müxtəlif kafedralarında OSKİ, mini-klinik və digər bacarıq əsaslı qiymətləndirmə üsullarının tətbiqinə başlanılması fonunda bu nəşrlər vahid yanaşmanın formalaşdırılması, qiymətləndirmənin obyektivliyinin və etibarlılığının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd olunan metodik vəsaitlər tibb təhsilində bilikdən bacarığa keçidi təmin edən, müasir və keyfiyyətə yönəlmiş qiymətləndirmə mədəniyyətinin inkişafına töhfə verən mühüm metodik resurslar kimi dəyərləndirilir.

Paylaş

Dostlarınız ilə paylaşın.