Bizi izləyin:
Heydər Əliyev
Biotibbi Akademik Yazı üzrə təlim keçiriləcək

Biotibbi Akademik Yazı üzrə təlim keçiriləcək

Azərbaycan Tibb Universitetində Genovise Academic Consulting tərəfindən “Excellence in Scientific Writing: Biomedical Edition” adlı biotibbi akademik yazı üzrə təlim təşkil olunacaqdır

Təlim tibb və biotibb sahəsində fəaliyyət göstərən doktorantlar, magistrantlar, rezidentlər, müəllimlər və mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Təlimin məqsədi akademik yazının strukturunu dərindən öyrətmək, elmi məqalələrin hazırlanması üzrə praktik bacarıqları inkişaf etdirmək və iştirakçıları beynəlxalq elmi jurnalların nəşr tələblərinə uyğun səviyyəyə çatdırmaqdır.

Təlim proqramı çərçivəsində aşağıdakı mövzular əhatə olunacaqdır:

  • Elmi məqalənin düzgün qurulması (IMRAD strukturu)
  • Giriş və Müzakirə bölmələrinin yazılması
  • Akademik yazı standartları, akademik etika və plagiatın qarşısının alınması
  • İstinad sistemləri və mənbələrlə düzgün işləmə
  • Beynəlxalq elmi jurnalların seçimi və rəyçilərin iradlarına cavab strategiyaları

Təlim Genovise Academic Consulting şirkətinin təsisçisi, biologiya üzrə fəlsəfə doktoru Dr. Nigar Kərimova tərəfindən aparılacaqdır.

Təlimin nəticəsində iştirakçılar:

  • Beynəlxalq standartlara uyğun akademik yazı bacarıqları əldə edəcək
  • Elmi işlərini nüfuzlu jurnallara təqdim etmək üçün real yol xəritəsi formalaşdıracaq
  • Elmi fəaliyyətlərini daha effektiv şəkildə təqdim edə biləcəklər

Kurslar 3 gün müddətində davam edəcək

Tarix: 23, 24, 25 fevral 2026-cı il
Saat: 14:30
Məkan: Azərbaycan Tibb Universiteti, Tədris-Terapevtik Klinika, 102 auditoriya

Paylaş

Dostlarınız ilə paylaşın.