Azərbaycan Tibb Universitetinin təhsil proqramları nəşr edilib

  Bu günlərdə ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin ayrı ayrı fakültələrinin – müalicə-profilaktika, tibbi-profilaktika, stomatologiya, əczaçılıq və hərbi-tibb fakültələrinin təhsil proqramları nəşr edilmişdir. Təhsil proqramlarına fakültələrin ali təhsil pilləsi üzrə Dövlət standartları, işçi-tədris planları, tədris planları (mühazirə və məşğələlərin mövzu planları), həmçinin müxtəlif kurslar üzrə peşə təcrübələrinin planları, müxtəlif fənnlər üzrə öyrədilməsi və qiymətləndirilməsi nəzərdə tutulan klinik və təcrübi bacarıqların siyahısı daxil edilmişdir.

  Qeyd etmək lazımdır ki, təhsil proqramları indiyədək ayrı-ayrı sənədlər halında mövcud olmuşdur ki, bu da onlardan istifadə etməyi çətinləşdirirdi.

  Təhsil proqramları Universitetin Tədris-metodik və innovasiya şöbəsi, Tədris şöbəsi və müvafiq fakultələrin dekanlıqları tərəfindən tərtib edilmiş, Mərkəzi Metodik Komissiyanın iclasında müzakirə edilmiş və nəşr edilməsi tövsiyə olunmuşdur.