Bizi izləyin:
Heydər Əliyev
Hərbi Tibb Fakültəsinin kursantları Xocalı şəhidlərini ehtiramla yad edib

Hərbi Tibb Fakültəsinin kursantları Xocalı şəhidlərini ehtiramla yad edib

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin kursantları Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə təşkil olunan anım tədbiri çərçivəsində Ana Harayı abidəsini ziyarət ediblər

Ziyarət zamanı kursantlar abidənin önünə gül dəstələri qoyaraq faciə qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Anım mərasimi keçirilib, şəhidlərin ruhuna dualar oxunub və onların əziz xatirəsinə ehtiram ifadə olunub.

Qeyd edək ki, 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biridir. Hər il olduğu kimi, bu il də ölkəmizin müxtəlif qurum və təşkilatları tərəfindən soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə anılır.

Hərbi Tibb Fakültəsinin kursantlarının anım mərasimində iştirakı gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının, vətənpərvərlik ruhunun və tarixi yaddaşa hörmətinin bariz nümunəsi kimi qiymətləndirilir.

Paylaş

Dostlarınız ilə paylaşın.