
.jpg)
Bu günlərdə “Könüllü İnsanlıq Missiyası” İctimai Birliyi “Mehriban Qadın və Uşaq” sığınacağını ziyarət edib. Bu, birliyin uşaqlar evinə həyata keçirdiyi ilk ziyarət olub və tələbələrin sosial məsuliyyət hissinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Qeyd edək ki, İctimai Birlik bu il yanvarın 3-də Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin 4-cü kurs tələbəsi Nəriman İskəndərov tərəfindən təsis edilib. Təşkilatın əsas məqsədi qocalar və uşaqlar evlərinə ziyarətlər təşkil etmək və ehtiyacı olan şəxslərə dəstək olmaqdır. Hazırda birliyin 200-ə yaxın aktiv üzvü var. Üzvlər arasında ATU-nun professor, müəllim və tələbələri, digər universitetlərin tələbələri, həmçinin məktəb müəllimləri də yer alır.
Ziyarət zamanı tələbələr uşaqlarla müxtəlif oyunlar oynayıb, səmimi söhbətlər ediblər. Bu təşəbbüs yalnız maddi dəstək məqsədli olmayıb, eyni zamanda uşaqlara diqqət göstərmək, onların gündəlik həyatına sevinc qatmaq və tək olmadıqlarını hiss etdirmək məqsədi daşıyıb.
