

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Azərbaycan elmində əldə edilən yeniliklərin müzakirə edildiyi toplantıda AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak edirlər.
Toplantıda illik hesabat çıxışları səsləndirilib, ötən ilin elmi nəticələri və qarşıya qoyulan digər məsələlər diqqətə çatdırılıb. Tədbir çərçivəsində Azərbaycan Tibb Universiteti öz naliyyətlərini sərgidə təqdim edib. ATU-nun stendi elm xadimlərin böyük marağına səbəb olub.
