

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin kollektivində çalışan xanımları təbrik edib.
Rektor çıxışında qadınların cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edərək, xüsusilə həkim qadınların insan sağlamlığının qorunması və səhiyyənin inkişafı istiqamətində göstərdikləri fədakar xidmətləri yüksək qiymətləndirib. O bildirib ki, ATU-nun elmi-pedaqoji və tibb sahəsində çalışan xanım əməkdaşları öz bilik və peşəkarlıqları ilə universitetin inkişafına mühüm töhfə verirlər.
Professor Gəray Gəraybəyli universitet kollektivindəki həmrəyliyin və birgə fəaliyyətin əldə olunan uğurların əsasını təşkil etdiyini vurğulayaraq, xanımlara möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
