Bizi izləyin:
Heydər Əliyev
Hərbi tibb kursantları üçün praktiki təlimlər keçirilir

Hərbi tibb kursantları üçün praktiki təlimlər keçirilir

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi Tibb Fakültəsinin Hərbi feldşer hazırlığı kursunun 3-cü kurs kursantları İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Bakı Sağlamlıq Mərkəzi kompleksində yerləşən Simulyasiya Mərkəzində keçirilən praktiki təlimlərə cəlb olunublar.

Keçirilən təlimlər zamanı kursantlar müasir tibbi simulyasiya avadanlıqlarından istifadə etməklə təcili tibbi yardım, ilkin tibbi müdaxilə, reanimasiya tədbirləri və digər vacib praktiki bacarıqlar üzrə bilik və vərdişlərini təkmilləşdirirlər.

Təlimlər kursantların nəzəri biliklərinin praktiki tətbiqini gücləndirməyə, real şəraitə yaxın mühitdə tibbi qərarvermə bacarıqlarını inkişaf etdirməyə və onların gələcək xidmət fəaliyyətinə daha hazırlıqlı olmalarına xidmət edir.

Qeyd edək ki, təlimlər 02 mart 2026-cı il tarixində başlayıb və 13 mart 2026-cı il tarixinədək davam edəcək. Proqram çərçivəsində hər qrup 5 gün müddətində 3 təlim modulu üzrə məşğələlərə cəlb olunur.

Paylaş

Dostlarınız ilə paylaşın.