

23–27 mart 2026-cı il tarixlərində Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, dosent K.M. Yaqubov, kafedranın dosentləri G.A. Hüseynova və A.N. Əliyev, həmçinin Patoloji fiziologiya kafedrasının dosenti S.İ. Hacıyeva Türkiyə Respublikasının Ərzincan şəhərində yerləşən Binəli Yıldırım Universitetində keçirilmiş elmi əməkdaşlıq görüşündə iştirak etmişlər. Görüş çərçivəsində Azərbaycan və Türkiyə alimləri arasında ortaq elmi-tədqiqat istiqamətləri üzrə əməkdaşlıq perspektivləri geniş müzakirə olunmuşdur. Universitetimizin əməkdaşları Türkiyə Respublikasının Ərzincan şəhərində yerləşən Binəli Yıldırım Universitetinin rektoru, Prof. Dr. Akın Levent tərəfindən qəbul olunmuşdur. Görüş zamanı tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində irəli sürülən təşəbbüslərin dəstəkləndiyi vurğulanmış, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə hazır olunduğu qeyd olunmuşdur.
