Bizi izləyin:
Heydər Əliyev
Elmi araşdırmanın təqdim edilməsinin əsasları və strategiyalarına dair seminar keçirilib

Elmi araşdırmanın təqdim edilməsinin əsasları və strategiyalarına dair seminar keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Elmi araşdırmanın təqdim edilməsinin əsasları və strategiyaları” mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edən TEC-in elmi rəhbəri, dosent Nərgiz Məmmədova universitet rəhbərliyinin tələbələrin elmi fəaliyyətinə xüsusi önəm verdiyini vurğulayıb və gənclərə bu istiqamətdə uğurlar arzulayaraq, seminarın məqsədinin tələbələrin elmi tədqiqat bacarıqlarını inkişaf etdirmək, elmi işlərin hazırlanması və təqdim olunması ilə bağlı praktiki bilikləri bölüşmək olduğunu qeyd edib.

Seminar çərçivəsində elmi işə başlama, tədqiqatın mərhələləri, ideyadan məqaləyə gedən yol, vizual təqdimatın əhəmiyyəti, elmi çıxış zamanı effektiv ünsiyyət və startap imkanları kimi mövzular üzrə təqdimatlar keçirilib.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, tələbələr elmi fəaliyyətin müxtəlif mərhələləri ilə bağlı faydalı məlumatlar əldə ediblər. Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.

Seminar çərçivəsində bir sıra mövzular üzrə təqdimatlar da keçirilib: “Elmi işə ilk addım” – Nigar Babayeva, “Elmi tədqiqatın araşdırılma mərhələləri” – Rabit Arixov, “İdeyadan məqaləyə” – Shayan Hashempour, “Vizual təsirin gücü” – Fatimə Cəfər, “Natiqlik: Elmi çıxış üçün effektiv ünsiyyət” – Aybəniz Həşimova, “İpək yolundan Elm yoluna” – Ali Ghorbaniazar və “Tədqiqatçıdan Təsisçiyə: Sənin startapın buradan başlayır” – Leyla Əhmədova mövzularında təqdimatlar təqdim olunub.

Paylaş

Dostlarınız ilə paylaşın.