
4-8 mart 2026-cı il tarixində Avstriyanın Vyana şəhərində Avropa Radioloqlar Cəmiyyətinin illik konfransı keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən radioloqlar iştirak edərək müasir radiologiyanın aktual problemlərini müzakirə ediblər.
Azərbaycan Tibb Universitetini (ATU) Radiologiya kafedrasının müdiri, professor Məlahət Sultan və kafedranın dissertantı Gülər Qorçiyeva təmsil ediblər. Onlar universiteti konfransda poster təqdimatı ilə təqdim ediblər və müasir radiologiyanın inkişafı, tətbiq sahələri və elmi nailiyyətlər barədə iştirakçılarla təcrübə mübadiləsi aparıblar.
Tədbir həm peşəkar əlaqələrin genişləndirilməsinə, həm də radiologiya sahəsində elmi biliklərin dərinləşdirilməsinə imkan yaradıb.
