
Azərbaycan Tibb Universitetinin (ATU) Azərbaycan dili kafedrasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda Tələbə Elmi Cəmiyyəti (TEC) konfransı təşkil olunub. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib
Azərbaycan dili kafedrasının müdiri, professor Natavan Hacıyeva konfransın əhəmiyyətini vurğulayaraq bildirib ki, belə tədbirlər gənclərin milli kimlik şüurunun formalaşmasında Azərbaycan dilinin və milli dəyərlərin rolunu gücləndirir, elmi düşüncə tərzinin inkişafına və araşdırma bacarıqlarının formalaşmasına töhfə verir.
Tədbirdə ATU-nun TEC üzrə nümayəndəsi Xuraman Mustafayeva iştirak edib. Konfrans çərçivəsində tələbələr müxtəlif mövzularda maraqlı məruzələr təqdim ediblər. Məruzələrdə Azərbaycan xalqının zəngin tarixi, milli-mənəvi dəyərləri, ana dilimizin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, müasir dövrdə milli kimliyin qorunmasının əhəmiyyəti və Azərbaycan dilinin dövlət dili kimi rolu geniş şəkildə işıqlandırılıb.
Çıxış edən tələbələr arasında II Müalicə-profilaktika fakültəsindən Həsənov Nihad, Paşazadə Asi, Əliyeva Aytac, Mirimli Aysu, Alışova Aytac, Qurbanov Rüstəm; İctimai səhiyyə fakültəsindən Cəfərzadə Şəms; Stomatologiya fakültəsindən isə Bəndəliyev Nihad yer alıb. Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və geniş müzakirələr aparılıb.