Bizi izləyin:
Heydər Əliyev
ATU-nun əməkdaşı Mülki Müdafiə Gününə həsr olunmuş konfransda çıxış edib

ATU-nun əməkdaşı Mülki Müdafiə Gününə həsr olunmuş konfransda çıxış edib

Martın 3-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Müasir şəraitdə mülki müdafiə: problemlər və perspektivlər” mövzusunda V beynəlxalq konfrans keçirilib

Konfransda Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin Tibbi profilaktika kafedrasının rəisi, tibb xidməti polkovniki Şahin Süleymanov da çıxış edərək, ölkədə beynəlxalq standartlara uyğun Beynəlxalq Təcili Tibbi Yardım Briqadasının (BTTYB) yaradılmasının zəruriliyini vurğulayıb.

O qeyd edib ki, belə briqada fövqəladə hallarda zərərçəkmiş əhaliyə çevik və keyfiyyətli tibbi yardım göstərə bilər. Ş.Süleymanov bildirib ki, yaxın gələcəkdə bu təşəbbüsün reallaşdırılması planlaşdırılır və bunun üçün ölkədə bütün zəruri imkanlar mövcuddur.

Həmçinin dövlət səviyyəsində artıq bu sahəyə diqqət artırılır və BTTYB-nin yaradılması üçün mühüm addımlar atılır. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı ilə danışıqlar aparılır və prosedur qaydalar müzakirə olunur.

 

Paylaş

Dostlarınız ilə paylaşın.