Bizi izləyin:
Heydər Əliyev
ATU əməkdaşı “Komandanın qurulması və co-founder strategiyası” mövzusunda təlim keçirib 

ATU əməkdaşı “Komandanın qurulması və co-founder strategiyası” mövzusunda təlim keçirib 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə “IDEALISE 2” inkubasiya proqramının növbəti təlimi baş tutub
 “Komandanın qurulması və co-founder strategiyası” mövzusuna həsr olunan təlim Azərbaycan Tibb Universitetinin Elmi tədqiqatların idarə olunması departamentinin startap koordinatoru, mentor, dosent Ayət Cəfərova tərəfindən keçirilib.
Sessiya zamanı iştirakçılara startap komandalarında rolların bölgüsü (CEO, CTO, CMO, CFO), motivasiya, əmək bölgüsü, işə götürmə və xarici xidmətlərdən istifadə (outsourcing) prinsipləri haqqında ətraflı məlumat verilib.
Təlimin sonunda tələbələr effektiv komanda formalaşdırmaq, liderlik bacarıqlarını tətbiq etmək və startap mühitində əməkdaşlıq mədəniyyətini gücləndirmək üzrə bilik və bacarıqlar əldə ediblər.

Paylaş

Dostlarınız ilə paylaşın.