.jpg)
5-6 iyun Azərbaycan Tibb Universitetinin Akt zalında Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının 100 illiyinə (1926–2026) həsr olunmuş Beynəlxalq Konfransına tezis qəbuluna başlanmışdır.
Tezisləri (elmi işləri) [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Qəbul tarixi: 29.03.2026
Son qəbul tarixi: 10.05.2026
Tezis göndərən zaman bu şərtlərə riayət edin:
• Tezislər azərbaycan, rus və ya ingilis dillərində yazılmalıdır.
• Elmi dərəcə və elmi ad iddiaçılarının tezisləri 2 səhifədən çox olmamaq şərtilə (ən azı 3000 işarə), “Times New Roman” 14 şrifti ilə, sətirlər arasında interval 1.5 olmaqla kompüterdə yığılmalıdır. İddia etməyənlərin tezis həcmi 1 səhifə olmaqla hazırlana bilər.
• Tezis ardıcıl olaraq giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır. Əvvəlcə baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə tezisin müəlliflərinin soyadı, adı və atasının adı, müəlliflərin çalışdığı kafedranın adı qeyd edilir.
• Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalıdır.
📅 Tarix: 5–6 iyun 2026
📍 Məkan: Azərbaycan Tibb Universiteti, Akt zalı
Kredit balı üçün nəzərdə tutulan ixtisaslar:
hematoloqlar, terapevtlər, laboratoriya mütəxəssisləri, revmatoloqlar, pediatrlar, patoloqlar, kardioloqlar, infeksionistlər, mikrobioloqlar
📞 Qeydiyyat üçün əlaqə:
+994 77 591 94 91
+994 70 541 21 44
Qeydiyyat linki: https://forms.gle/Fp7spkgpQ8YK5ij58