Bizi izləyin:
Heydər Əliyev
Azərbaycanli tədqiqatçının üz-çənə cərrahiyyəsi sahəsində innovativ elmi işi nüfuzlu Q1 jurnalda dərc olunub

Azərbaycanli tədqiqatçının üz-çənə cərrahiyyəsi sahəsində innovativ elmi işi nüfuzlu Q1 jurnalda dərc olunub

Üz-çənə cərrahiyyəsi sahəsində aparılan innovativ elmi tədqiqatın nəticələri beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, sözügedən tədqiqat işi estetik cərrahiyyə sahəsində aparıcı mövqeyə malik, yüksək reytinqli və Q1 kvartil kateqoriyasına daxil olan nüfuzlu beynəlxalq jurnalda dərc olunmuşdur.

Məqalənin çap edildiyi jurnal öz sahəsi üzrə dünya miqyasında birinci yerdə qərarlaşır və 3.9 impakt faktoru ilə seçilir. Bu göstərici jurnalın yüksək elmi təsir gücünə və geniş akademik nüfuza malik olduğunu təsdiqləyir.

Qeyd etmək lazımdır ki, adıçəkilən jurnalda məqalələrin dərc olunması adətən yüksək maliyyə tələb edir və nəşr haqqı təxminən 6000 ABŞ dolları təşkil edir. Lakin təqdim edilən elmi işin yüksək keyfiyyəti və aktuallığı nəzərə alınaraq məqalə tam ödənişsiz (full waiver) əsasda qəbul edilmişdir.

Bu uğur həm tədqiqatın elmi dəyərinin, həm də yerli tibb elminin beynəlxalq arenada artan nüfuzunun bariz göstəricisidir.

 Tədqiqatın mövzusu və yeniliyi

Araşdırma blefaroplastika əməliyyatlarından sonra yaranan erkən postoperativ ağırlaşmaların azaldılması və sağalma prosesinin sürətləndirilməsi məqsədilə Platelet-Rich Fibrin (PRF), xüsusilə injectable PRF (i-PRF) tətbiqinin klinik effektivliyinin qiymətləndirilməsinə həsr olunmuşdur.

Tədqiqatın əsas yeniliyi i-PRF tətbiqinin:
• sağalma müddətini qısaltması,
• ödem və ağrını azaltması,
• çapıq toxumasının keyfiyyətini yaxşılaşdırması

kimi klinik nəticələrə təsirinin obyektiv şəkildə qiymətləndirilməsindən ibarətdir.

Tədqiqatın aparıldığı yer və metodologiya

Tədqiqat Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 2023–2025-ci illər ərzində aparılmışdır.

Prospektiv, intraindividual klinik tədqiqat dizaynından istifadə olunmuşdur:
• 36 pasiyent tədqiqata daxil edilmişdir,
• hər bir pasiyentdə bir göz qapağına i-PRF tətbiq olunmuş, digər tərəf isə kontrol kimi götürülmüşdür,
• bütün pasiyentlərdə cərrahi müdaxilə eyni protokol üzrə aparılmışdır.

Qiymətləndirmə mərhələləri:
• 1-ci, 3-cü, 7-ci və 14-cü günlərdə,
• 1-ci, 3-cü və 6-cı aylarda.

Qiymətləndirilən klinik parametrlər:
• ödem,
• ağrı (VAS şkalası üzrə),

• eritema,
• çapıq toxumasının keyfiyyəti.

Müəllifin rolu və fərdi töhfəsi

Tədqiqatın əsas müəlliflərindən biri olan İsgəndərova Surayyə Ehtiram qızı bu elmi işdə aparıcı rol oynamışdır.

Xüsusilə vurğulanmalıdır ki:
• tədqiqatın ideyası müəllifə məxsusdur,
• tədqiqata daxil edilən 36 pasiyentin hər birində cərrahi əməliyyatlar şəxsən müəllif tərəfindən icra edilmişdir,
• məqalə müəllif tərəfindən yazılmışdır,
• müəllif eyni zamanda məqalənin məsul müəllifi (corresponding author) olmuşdur.

Paylaş

Dostlarınız ilə paylaşın.