Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Tibb Universiteti alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Azərbaycan Tibb Universiteti alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli və həmin kafedranın dosenti Şəhla Məlikovanın “Seizure control, delivery, and neonatal outcomes in pregnant women with focal epilepsies: a prospective cohort study” adlı elmi məqaləsi növbəti dəfə yüksək impakt faktorlu, PubMed, Web of Science, Scopus, Embase və digər beynəlxalq elmi məlumat bazalarında indeksləşən Q2 kateqoriyalı jurnalda dərc olunub.

Alimlərimizin əldə etdikləri nəticələr bu dəfə nevrologiya sahəsində dünyanın ən nüfuzlu elmi nəşrlərindən biri hesab olunan Böyük Britaniyanın “Seizure: European Journal of Epilepsy” jurnalında çap edilib.

Tədqiqat çərçivəsində epilepsiyalı hamilə qadınlarda hamiləlik dövründə doğuş və neonatal nəticələrə təsir göstərən amillər araşdırılıb. Müəlliflər indiyədək elmi ədəbiyyatda təsvir olunmamış və ya kifayət qədər öyrənilməmiş mühüm göstəriciləri ilk dəfə təqdim edərək, onların təsirini əsaslandırılmış müqayisəli təhlil əsasında qiymətləndiriblər.

Qeyd edək ki, bu, müəlliflərin “Seizure” jurnalında üçüncü elmi nəşridir və bu nailiyyət əhəmiyyətli elmi uğur kimi qiymətləndirilir.

Bununla yanaşı, aparılan tədqiqatın nəticələrinin bir hissəsi 2025-ci ilin oktyabr ayında nevrologiya sahəsində nüfuzlu elmi jurnallardan biri olan “Revue Neurologique” jurnalında da dərc olunub.

 

Paylaş

Dostlarınız ilə paylaşın.