Qonaqları rektorun səlahiyyətlərini müvəqqəti icra edən professor Sabir Əliyev qəbul edib. Qonaqları salamlayan prof. S.Əliyev, iki ali tibb ocağı arasında olan əməkdaşlıqdan söhbət açıb, bu əməkdaşlığın ikitərəfli anlaşma protokolu üzərində qurulduğunu bildirib.
Universitetimizdə 300-dən artıq türkiyəli tələbənin təhsil aldığınıvurğulayan professor Sabir Əliyev, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və müxtəlif sahələrdə, o cümlədən təhsil və səhiyyə sahəsində sıx əməkdaşlığın olmasını xüsusi qeyd edib.
S.Əliyev bir neçə gün əvvəl Ankara şəhərində törədilmiş terror aktı ilə bağlı türkiyəli qonaqlara başsağlığı verib.
Medipol universitetinin rektoru professor Sabahattin Aydın öz növbəsində Azərbaycan Tibb Universitetinə hazırki səfərin artıq sayca 3-cü olduğunu bildirdi. O, universitetlərimiz arasında əlaqələrin daha da inkişaf etməsi istəyində olduğunu da qeyd etdi.
Görüşdə iştirak etmiş Medipol Mega universitet xəstəxanasının tibbi direktoru professor Gazi Yiğitbaşı və Beynəlxalq xəstə xidmətləri baş koordinatoru Uygar Üstün ATU ilə birgə layihələrin aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıblar.
Görüşdə həmçinin ATU-nun beynəlxalq əməkdaşlıq üzrə prorektoru dosent Rəhimə Qabulova, ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov və Medipol Mega universitet xəstəxanasının Azərbaycanda təmsilçisi Zülfiyyə Əlizadə iştirak ediblər.