
.jpeg)
2026-cı ilin aprel ayında Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən NCJSC “Semey Medical University”nin Ümumi Təhsil Fənləri kafedrasının təşkilatçılığı ilə Adilkhanov Oral Abdulgalimovichin xatirəsinə həsr olunmuş beynəlxalq LINGUAFEST İngilis dili olimpiadası keçirilib.
Ali təhsil müəssisələrinin qeyri-linqvistik ixtisaslarında təhsil alan I və II kurs tələbələri arasında keçirilən olimpiadada Azərbaycan Tibb Universitetinin tələbələri uğurla çıxış ediblər. Belə ki, universitetin tələbəsi Kərimli Leyla İlqar qızı yüksək nəticə göstərərək Grand Prix mükafatına layiq görülüb. Digər tələbə Fatimə Mövsumova isə olimpiadada uğurlu çıxış edərək III yerə layiq görülüb.
Azərbaycan Tibb Universitetinin tələbələrinin əldə etdiyi bu nailiyyət universitetin beynəlxalq akademik mühitdə mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu uğur tələbələrin xarici dil biliklərinin yüksək səviyyədə olduğunu və onların beynəlxalq platformalarda rəqabət qabiliyyətini aydın şəkildə nümayiş etdirir.
