Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti Özbəkistanda keçirilən beynəlxalq konqresə qatılıb

Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti Özbəkistanda keçirilən beynəlxalq konqresə qatılıb

Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Onkoloqlarının II Konqresində Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının nümayəndə heyəti müvəfəqiyyətlə iştirak edib.

Tədbir çərçivəsində kafedranın dosenti Tamara Quliyeva, dosent Samirə Səfərova və baş laborant Sürəyya İmanova maraqlı məruzələr ilə çıxış ediblər. 700-ə yaxın iştirakçının qatıldığı konqresdə dosent S.Səfərova “Ən yaxşı poster çıxışı” nominasiyasında 1-ci yerə layiq görülüb.  

S.Səfərova həmçinin Özbəkistanın Səhiyyə naziri Asılbek Xudayarov tərəfindən diplom və xüsusi mükafatla təltif olunub.

Paylaş

Dostlarınız ilə paylaşın.