

Azərbaycan Tibb Universitetinin çoxillik fəaliyyəti dövründə öz dəsti-xətti, yüksək pedaqoji mədəniyyəti və elmi nailiyyətləri ilə seçilən, dəyərli alim, dosent Əzizə Rüstəmzadənin 80 illik yubileyi qeyd olunub.
Bu münasibətlə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli tərəfindən Əzizə xanım elm və təhsil sahəsindəki səmərəli fəaliyyətinə, yüksək ixtisaslı kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə və universitetin ictimai həyatındakı fəal iştirakına görə Fəxri Fərman ilə təltif edilib.
Gənc nəslin yetişməsində böyük fədakarlıq göstərən, hər bir tələbəsinin yaddaşında həm müəllim, həm də mənəvi rəhbər kimi iz qoyan Əzizə Rüstəmzadə müdrik ömrün 80-ci baharını böyük hörmət və izzətlə qarşılayır. Onun keçdiyi şərəfli yol universitetimizin hər bir əməkdaşı və tələbəsi üçün əsl örnəkdir.
Azərbaycan Tibb Universitetinin rəhbərliyi və kollektivi adından sevimli müəllimimizi ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür və elmi fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayırıq!
Yubileyiniz mübarək, dəyərli Əzizə xanım!
