
.jpeg)
Akademik mobillik proqramı çərçivəsində Cənubi Qazaxıstan Tibb Akademiyasının Pulmonologiya və radiologiya və Dermatovenerologiya kafedralarının müəllimləri Lazat Kasayeva və Gulmira Datkayeva Azərbaycan Tibb Universitetində akademik fəaliyyət göstəriblər.
Səfər çərçivəsində qazaxıstanlı müəllimlər mühazirələr oxuyub, klinik müzakirələrdə iştirak edib və təcrübə mübadiləsi həyata keçiriblər. Bu əməkdaşlıq hər iki ali təhsil müəssisəsi arasında elmi və pedaqoji əlaqələrin inkişafına böyük töhfə verib.
