

Ağdərə rayonunda keçirilən növbəti aksiyada ATU Tədris Stomatoloji Klinikasının peşəkar həkim heyəti tərəfindən həyata keçirilən səyyar müayinələrdə ilk dəfə portativ stomatoloji qurğu tətbiq olunub. Müasir yanaşma sayəsində sakinlərə yerində, keyfiyyətli və əlçatan stomatoloji xidmət göstərilib.
Aksiya çərçivəsində 140-a yaxın vətəndaş müayinədən keçib, müalicə və profilaktik konsultasiyalarla təmin olunub. Bu təşəbbüs regionlarda səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasına mühüm töhfə verir.
