Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Əsaslı kitabxanasında Ümumdünya Kitab Günü qeyd olunub

ATU-nun Əsaslı kitabxanasında Ümumdünya Kitab Günü qeyd olunub

    Azərbaycan Tibb Universitetinin Əsaslı kitabxanasında Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd olunub. Tədbir zamanı tələbələrə mütaliə mədəniyyəti və müəlliflik hüquqları haqqında ətraflı məlumat verilib.

    Qeyd olunub ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilib. Bu günün məqsədi kitabların geniş əhatə dairəsi, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir. Bildirilib ki, 23 aprel tarixi dünya ədəbiyyatında simvolik rol oynayır. Həmin gün Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblər vəfat ediblər.

    Tədbirin sonunda tələbələrə Əsaslı kitabxana tərəfindən kitablar hədiyyə edilib.

Paylaş

Dostlarınız ilə paylaşın.