

Hər il may ayının ilk həftəsinin ikinci günü qeyd olunan Beynəlxalq Astma Günü kimi bu il mayın 4-nə təsadüf edir. Günün keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu problemə cəlb edərək əhalini bu xəstəliyin ilkin əlamətləri və müalicə istiqamətləri haqqında daha geniş maarifləndirməkdir.
Günün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Dünya Sağlamlıq Mərkəzi tərəfindən “Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası”nı müəyyənləşdirən işçi qrupu yaradılması ilə bağlıdır. 1998-ci ildə Barselonada keçirilən dünya mütəxəssislərinin astma problemlərinə həsr olunmuş ilk görüşündə isə Beynəlxalq Astma Gününün təsis edilməsi 35 ölkə tərəfindən dəstəklənib.
