Beynəlxalq təşkilatlara müraciət

  Azərbaycanın müstəqillik yoluna qədəm qoyduğu 1918-20-ci illərdə, eləcə də Sovet imperiyasının çökdüyü XX əsrin 90-cı illərində qeyri-demokratik yolla seçilən Ermənistan hökuməti ordumuzun formalaşmadığı dövrlərdə ölkəmizə təcavüz etmişlər.

  Dünyaya YUNESKO-nun siyahısına düşən Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi ümümbəşəri dəyərlər daşıyıcıları olan korifeyləri verən vətənimizin 20%-i indi separatçı ermənilər tərəfindən işğal olunub.

  1993-cü ildən üzübəri BMT TŞ-nın erməni təcavüzkarlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı qətnamələri yerinə yetirilməyib. Bütün bunlar bizim xalqımızda beynəlxalq təşkilatlara olan ümidlərin itirilməsi hissini yaradır. Doğulub boya-başa çatdığım Kəlbəcər rayonunu 24 ildir ki, mən görə, o yerlərə ayaq basa, əcdadlarımın məzarlarını, tarixi abidələrimizi ziyarət edə bilmirəm. Ziyarət məqsədi ilə Kəlbəcərə gedən həmyerlilərimiz Dilqəm Əsgərov, Şahbaz Quliyev öz toprpağımızda erməni ordusu tərəfindən əsir götürülmüş, həbs cəzasına məruz qalmışlar.

  Kəlbəcərdə yerləşən, “Karlovi Varı”ya bərabər tutulan “İsti su” müalicəvi suyu Azərbaycan xalqının, eləcə də bəşəriyyətin istifadəsindən kənarda qalmışdır.

  Sosial-iqtisadi inkişaf baxımından Cənubi Qafqazın lider dövləti olan Azərbaycan son təcavüz illərində 2015-ci il Avropa Oyunlarına ev sahibliyi etmiş, “Avroviziya” mahnı müsabiqəsini ölkəmizdə layiqincə keçirmiş, Formula-1 yarışlarını keçirməyə hazırlaşır. 2016-cı il Azərbaycanda multikulturalizm il elan olunub. Lakin təəssüflə qeyd etməliyik ki, bütövlükdə Zaqafqaziya regionun sivil dünyaya inteqrasiyası erməni xalqına rəhbərlik edən Ermənistan hökumətinin təcavüzkar  siyasəti ucbatından zəifləyir.

  Bu gün biz ümummilli lider Heydər Əliyevin sülhsevər siyasətini regionda həyata keçirən, demokratik yolla seçilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında monolit şəklində birləşərək Azərbaycan xalqı adından beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyəti erməni təcavüzünü pisləməyə, xalqımızın haqq işini müdafiə etməyə çağırıram!

 

Zamanov Nağdəli Tapdıq oğlu.

Azərbaycan Tibb Universitetinin dosenti, Kəlbəcər rayon sakini.