Bizi izləyin:
Heydər Əliyev
Türkiyə Respublikasının Tokat Qaziosmanpaşa Universitetinin əməkdaşı ATU-da təcrübə keçib

Türkiyə Respublikasının Tokat Qaziosmanpaşa Universitetinin əməkdaşı ATU-da təcrübə keçib

     Türkiyə Respublikasının Tokat Qaziosmanpaşa Universitetinin (TOGÜ) Korporativ Kommunikasiyalar üzrə Koordinasiya Ofisinin əməkdaşı, Dr. Latif Bilgiler Azərbaycan Tibb Universitetində (ATU) təcrübə keçib.

    ATU və TOGÜ arasında Erasmus+Proqramı çərçivəsində imzalanmış ikitərəfli müqaviləyə əsasən rellaşan təcrübə mübadiləsi Universitetin İctimaiyyətlə əlaqələr şöbəsində həyata keçirilib.  

    Görüş çərçivəsində ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin işi və fəaliyyəti ilə yaxından tanış olan L.Bilgiler universitetdə həyata keçirilən bir çox tədbir, görüş və konfranslarda, o cümlədən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunmuş “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq elmi-praktik konfransda, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.  

     Səfər müddərində L.Bilgiler universitetin insan anatomiyası kafedrasının anatomik tədris muzeyi ilə da yaxından tanış edilib. Kafedranın müdiri, tibb elmləri doktoru, professor Nəriman Mövsümov qonağa muzeyin nadir, zəngin eksponatları və tarixi haqda geniş və əhatəli məlumat verib. Bildiirlib ki, kafedranıın nəzdində fəaliyyət göstərən Dayaq-hərəkət aparatı (tədris muzeyi), Mərkəzi sinir sistemi, Splanxnologiya və angiologiya, və Anomaliya muzelərinin hər biri yalnız elmi-tədris məqsədlərinə xidmət etmir, eyni zamanda onlardan elmi-maarifləndirici müəssisə kimi də geniş istifadə edilir.

    Səfərin sonunda təcrübə mübadiləsini uğurla başa vuran qonağa sertifikat təqdim olunub.

Paylaş

Dostlarınız ilə paylaşın.