
Türkiyə Respublikasının Tokat Qaziosmanpaşa Universitetinin (TOGÜ) Korporativ Kommunikasiyalar üzrə Koordinasiya Ofisinin əməkdaşı, Dr. Latif Bilgiler Azərbaycan Tibb Universitetində (ATU) təcrübə keçib.
ATU və TOGÜ arasında Erasmus+Proqramı çərçivəsində imzalanmış ikitərəfli müqaviləyə əsasən rellaşan təcrübə mübadiləsi Universitetin İctimaiyyətlə əlaqələr şöbəsində həyata keçirilib.
Görüş çərçivəsində ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin işi və fəaliyyəti ilə yaxından tanış olan L.Bilgiler universitetdə həyata keçirilən bir çox tədbir, görüş və konfranslarda, o cümlədən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunmuş “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq elmi-praktik konfransda, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.
Səfərin sonunda təcrübə mübadiləsini uğurla başa vuran qonağa sertifikat təqdim olunub.
