

Hər il 12 may tarixi dünyada Beynəlxalq Tibb Bacıları Günü kimi qeyd olunur. Bu əlamətdar gün insanların sağlamlığının qorunmasında mühüm rol oynayan tibb bacılarının əməyinə verilən dəyərin ifadəsidir.
Tibb bacıları səhiyyə sisteminin ayrılmaz hissəsi olmaqla, xəstələrin müalicə və qayğı prosesində böyük fədakarlıq göstərirlər. Onların peşəkarlığı, diqqəti və humanist yanaşması cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır.
Bu münasibətlə bütün tibb bacılarını peşə bayramı münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı, məsuliyyətli fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq.
