Şəhid! Bu sözü, bu kəliməni ilk dəfə nə vaxt eşitmisiniz? Əgər azərbaycanlısınızsa, əgər damarlarınızda türk qanı axırsa, bu sözü eşitməyiniz, öz-özünə “görəsən, Şəhid kimdir?” soruşmağınız üçün böyüməyinizə ehtiyac yox imiş. Çünki biz adımızı yazmağı öyrənməzdən əvvəl “Şəhidin kim olduğunu” öyrəndik. Daha doğrusu, öyrənməyə məcbur qaldıq.
Kiməm mən? Mən - 16 yaşlı Turanənin səsiyəm! Bəyaz gəlinlik əvəzinə bəyaz kəfən geyinmiş, torpağa təkcə cansız bədəni deyil, həm də arzuları, xəyalları gömülmüş Turanənin səsiyəm! Mən - anasının bətnində belə erməni yağısı tərəfindən mərhəmət görməmiş, dünyaya göz açmasına izin verilməmiş körpələrin səsiyəm! Mən - öz övladlarının dəhşətli ölümünə şahid olmuş anaların, diri-diri yandırılan günahsızların eşidilməyən naləsiyəm! Mən - düşmən əlinə keçməmək üçün özlərini qayalardan atıb öldürən mərd Azərbaycan qızlarının susmuş səsiyəm! Mən - öz övladlarının dəhşətli ölümünə şahid olub al qanına boyanmış, övladlarının qatili olan erməni daşnaklarının tapdağı altında təhqir olunan QARABAĞ torpağının səsiyəm! Nədən danışıram? Nədən danışacağam? Azərbaycan həqiqətlərindən və erməni yalanlarından.
Diqqət edin! Azərbaycan prezidenti İlham Əliyev 1 aprel 2016-cı il ABŞ prezidenti Barak Obamanın dəvəti ilə IV Nüvə Təhlükəsizlik Sammitində iştirak etmək üçün ABŞ-a səfər edir. Bu zaman aprelin 1-dən 2-nə keçən gecə Prezidentin ölkədə olmamasından istifadə edən Ermənistan Respublikası Silahlı Qüvvələri cəbhə boyu Azərbaycan mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə məruz qoyur. Ev sahibi evdə yoxkən gizlicə, hiyləgərcəsinə həmin evə girənmi oğrudur yoxsa həmin evin sahibimi? İndi sizdən soruşmaq istəyirəm, ”Qarabağ Ermənistanındır, Azərbaycan işğalçıdır“ deyənlərdən! Prezidentimiz ölkədə deyilkən atəşkəsi pozan Ermənistanmı işğalçıdır, yoxsa yaşayış məntəqələri belə atəşə məruz qalan Azərbaycanmı????.
BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağın təcavüzkar erməni işğalçıları tərəfindən boşaldılması barədə 822, 853,874 və 884 saylı 4 qətnamə qəbul olunmuşdur. Buna baxmayaraq, 23 ildir bu qətnamələr yerinə yetirilmir. Azərbaycan xalqı 23 ildir ki, bu müharibənin acı nəticələrini yaşayır, buna baxmayaraq, dünya birliyi, beynəlxalq təşkilatlar buna göz yumurlar. Erməni işğalçıları daim cəbhə boyu atəşkəsi pozur, yerli əhalinin öz yaşayış yerlərində rahat yaşamasına icazə vermir və xalqımız dayanmadan şəhid verir. Axı Qarabağımızda azad yaşamağımız üçün daha nə qədər, daha neçə il gözləməliyik? 23 il kifayət deyilmi? Bəsdir daha! Biz Qarabağımızı geri istəyirik!
Yalnız son 4 gün ərzində Azərbaycan xalqı 31 şəhid verib və verdiyimiz şəhidlər nə birinci deyil, nə də axırıncı olmayacaq. “Torpaq - uğrunda ölən varsa Vətəndir!” və biz illlərdir Qarabağımız uğrunda ölürük, öləcəyik və hətta öldürəcəyik!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək: ”Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun torpaqlarımızdan!” - Bəli, Qarabağ bizim vətənimiz olduğu üçün biz ölməyə də, öldürməyə də hazırıq, amma erməni əsgərlərinin onların olmayan torpaq üçün nə ölməyə, nə də ki, öldürməyə haqları var. Gənclərimizin, xalqımızın tək bir şüarı var: “Qarabağ bizimdir və bizim olacaq!” . Odur ki, bəsdir daha, rədd olsunlar torpaqlarımızdan!
Azərbaycandan atəşkəsin bərpa olunmasını istəyənlərdən soruşmaq istəyirəm: Cəbhədən şad xəbər gözləyən evlərimizdə nələr yaşandığını bilirsinizmi? Bütün ailə səbirsizliklə şad xəbər gözləyir.. Həmin şad xəbər gələr.. Hamı sevinər.. Bir birini təbrik edər.. Ardınca yeni bir şəhid xəbəri gələr.. Gülüşlər solar... Gözlər dolar.. amma yaş axmaz.. üzlərdə məğrur bir ifadə...Hamının ürəyində eyni sözlər təkrarlanar... Allahım bizə kömək ol, torpağımız geri alaq və Şəhidlərimizin qanı yerdə qalmasın...Başqa bir evdə həmin vaxt çəkilən ad əvvəlcə çaşqınlıq yaradar... Hamının üzündə eyni sual.. Düzmü eşitdik?.. Mənim oğlummu? Mənim qardaşımmı?... Daha gözü yaşlı bir ana, ata... Siz heç vətəniniz uğrunda övladınızı, qardaşınızı şəhid verdinizmi? Övladınızı şəhid verib sonra “Vətən sağolsun” dedinizmi? Siz həm qürur, fəxr hissini, həm də dərin kədər, hüzn hissini bir yerdə yaşadınızmı? Başqa əsgərləri görəndə gözləriniz olmayacağını bilə-bilə öz əsgər oğlunuzu axtardımı? Hönkürə-hönkürə ağlamaq istəyərkən daha dik durub Vətən sağolsun dedinizmi?... Başqa bir evdə balaca bir uşaq televizorun ekranında öz atasının şəklini görər.. nə olduğunu anlamaz... sevinclə qışqırar: “Baxın mənim atamı göstərirlər.. Sonra “Şəhid”sözünü eşidər... dedim axı, biz “Şəhidin kim olduğunu” çox tez öyrənirik.. Sonra görər ki, anası onun qədər sevincək deyil.. Ana isə yalnız bir şey düşünər “Övladım atasızmı?”qaldı.. Sonra o balaca uşaq elə bir sual verər ki.. “Ana atam nə vaxt gələcək?”.... Bax budur sözlərin, kəlimələrin kifayətsiz qaldığı an... Siz heç bu anı yaşadınızmı? Bu balaca uşaq böyüyəndə atanın qisasını qatillərdən ala bilmədik.. Çünki bəzi insanlar bunu istəmədi, bizi anlamadı necə deyək? Yaxşı, susaq o balaca uşaq böyüsün.. atası kimi mərd, igid əsgər olsun və öz qisasını özü alsın... və o da atası kimi bu yolda şəhid olsun.... Yoldaşını itirmiş, “Vətən sağolsun” demiş, övladını ağrı-acılarla böyütmüş o anaya yenə də “Vətən sağolsun” deyə biləcəksinizmi? Kim verəcək o qadının göz yaşlarının hesabını? Ataları Şəhid olan o körpələrin ata həsrətini kim dindiricək? O körpələrin özləri kimi məsum, təmiz göz yaşlarının hesabını kim verəcək?
Başqa bir ev... cəbhənin düz yaxınlığında.. atışma səslərinə baxmayaraq öz evini tərk etməmiş ailələr...Cəbhədə gücü igid, mərd oğullarımıza yetməyən ermənilər bu dəfə həmin evi nişan alar...və budur....ölən 16 yaşlı Turanə və yaralananlar.... Ölən, torpağa basdırılan təkcə Turanə deyil, onun ən təmiz, ən saf arzuları, xəyalları... ölən bir ananın yuxusuz gecələri... bir atanın öz qızı ilə bağlı qurduğu ən saf, ən təmiz xəyallar.... ölən mərhəmət.. ölən vicdan.. ölən insanlıq... Ermənilərdə bunların heç biri əvvəldən yox idi, deyilmi? Bunu bilirdinizmi? Bunu bilib də bizdən bacılarımızın, qardaşlarımızın, övladlarımızın acımasız qatilləri ilə birgə sülh şəraitində yaşayıb eyni süfrədə oturmağımızımı istəyirsiniz? O zaman həbsxanadakı ən acımasız qatillərinizi sərbəst buraxın.. sərbəst buraxın övladlarınızın, bacılarınızın, qardaşlarınızın qatillərini və onlarla birgə yaşayın... yaşaya bilərsinizmi? Əlbəttə yox... Sizin dediyiniz kimi susaq... Torpağımızı geri almayaq... qatillərimiz şad-xürrəm yaşasınlar bizim uğruna canımızı, qanımızı heç düşünmədən verdiyimiz torpaqlarımızda.. Bəs bütün bunların hesabını kim verəcək? Sizmi? Odur ki, bizdən səssiz qalmağımızı istəməyin daha!. Biz artıq susan deyilik! Bütün Azərbaycan gəncləri Qarabağ uğrunda döyüşməyə hazırdır! Ona görə də bizdən susmağımızı istəmək əvəzinə erməni işğalçılarından Qarabağı boşaldıb öz sahiblərinə, yəni Azərbaycan xalqına geri qaytarmasını istəyin !!!
Məmmədova Xatın
Azərbaycan Tibb Universiteti II Müalicə profilaktika fakultəsi 308b qrup tələbəsi